Son xəbər

Siyəzən şəhər 3 №-li körpələr evi–uşaq bağçasında ərzaq qalmaqalı – Regional Təhsil İdarəsi araşdırma aparır

8.04.2026 09:52 65
Gündəm / Cəmiyyət

Redaksiyamıza daxil olan məlumata görə, Siyəzən şəhər 3 nömrəli körpələr evi–uşaq bağçasında Quba–Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən yoxlamalar aparılır. Yoxlamaya səbəb bağçanın müdiri Turan Əhmədova ilə bağlı yaranmış ərzaq oğurluğu şübhələridir. Məlumata əsasən, bağçadan təxminən 10 kiloqrama yaxın toyuq əti və digər ərzaq məhsullarının yoxa çıxması ilə bağlı iddialar araşdırılır.

Hazırda aparılan yoxlamaların nəticələri barədə rəsmi açıqlama yoxdur.

Xatırladaq ki, ötən ilin payızında Xudat şəhər 4 nömrəli körpələr evi–uşaq bağçasında da oxşar hadisə qeydə alınmışdı. Həmin vaxt bağçanın keçmiş müdiri Həmayıl xanım üç toyuğun oğurlanması ilə bağlı iddialara görə ərizəsi alınıb işdən azad edilmişdi.

İndi isə sual yaranır: Siyəzən 3 saylı bağçanın müdiri Turan Əhmədovanı da oxşar aqibət gözləyəcək, yoxsa o, vəziyyətdən “təmiz” çıxmağı bacaracaq?

Adı çəkilən şəxslərin, eləcə də Quba–Xaçmaz Regional Təhsil İdarəsinin mövqeyini dərc etməyə hazırıq.

Bntv.az

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul