“Qaçqınkom” işçilərinə 60 minlik geyim almağa hazırlaşır
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) növbəti tenderini elan edib.
Komitənin Mənzil İstismar Departamenti işçilər üçün xüsusi geyim formalarının satınalınmasını həyata keçirmək fikrindədir.
Məlumatda qeyd edilir ki, bu məqsədlə 60 min manatlıq büdcə müəyyən edilib. Departament tenderin qalibi olacaq şirkətə 370 ədəd qısaqol mayka, 370 ədəd xəbərdaredici jilet, 350 cüt qısa boğaz çəkmə, 200 cüt uzun boğaz çəkmə, 350 ədəd papaq və 350 ədəd qış gödəkçəsi sifariş edəcək.(Tribuna.az)
Bunu da oxu
Oxşar xəbərlər
Hamısı ›
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon... Yasin Dadaşov kimdir? - CƏDVƏL
Ev gözləyənlər “Qaçqınkom”dan narazıdır – FOTO
Rüstəm Şahbazovu kim aldadır?.. - İLGİNC İDDİALAR
Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?


