Nazirin Qusar səfəri və arxasındakı “pul yığılması” qalmaqalı – İddia
17 aprel tarixində elm və təhsil naziri Emin Əmrullayev Qusar şəhərində vətəndaş qəbulu keçirib.
Nazirin bu işgüzar səfəri Qusar təhsil sektorunda olduqca təlatümlü və arzuolunmaz olaylarla da yadda qalıb.
Nazirin və onunla birlikdə Qusara gələn nazirlik əməkdaşlarının yemək, qalma və digər səfər xərclərinin qarşılanması üçün həmin ərəfədə Qusarın bütün şəhər və ətraf kənd məktəblərinin rəhbərlərindən və pedaqoji kollektivindən müxtəlif məbləğlərdə kütləvi pul toplama marafonu həyata keçirilib.
İddia edilir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə sektor müdiri olan Naira Klıçovanın tapşırığı ilə şəhər məktəblərinin hər birindən 500 manat məbləğində vəsait yığılıb. Bu vəsaitin nazirin nahar yeməyi və nazirliyin digər məsul şəxslərinin hotel pulunun ödənilməsi üçün xüsusi tapşırıq kimi vurğulandığı da iddialar arasındadır.
Qısa zaman kəsiyində yerinə yetirilən bu kütləvi marafon bir çox pedaqoq tərəfindən narazılıqla qarşılanıb. Bu vəsaiti verməkdən imtina edən həmin müəllimlər məsələ barədə sosial şəbəkə üzərindən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevə məlumat verib.
Bundan sonra Naira Klıçova Coşqun Əliyev tərəfindən şiddətlə qınanaraq yığılan vəsaitlərin dərhal geri qaytarılması tapşırığını alır.
İdarə müdirinin qəzəbindən canını qurtaran sektor müdiri sonda heç bir cəza almasa da, nazir Emin Əmrullayevin səfər xərcləri adı altında toplanan vəsaitlərin hamısı geri qaytarılıb.
Bununla da, sözügedən tapşırığın regional idarə tərəfindən verilmədiyi hər kəsə məlum olub.
Səsləndirilən iddialarda adı çəkilən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə sektor müdiri olan Naira Klıçovanın mövqeyini almaq üçün tərəfimizdən ona göndərilən yazılı informasiya sorğusuna cavab verilməyib./7times.az
Bunu da oxu
Oxşar xəbərlər
Hamısı ›
ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı
İlqar Bayramlı bütün səlahiyyətləri sektor müdirinə verib? - Murad Məmmədov kimdir?
Tovuz rayonu üzrə Təhsil Sektoruna kim rəhbərlik edir? - Emin Əmrullayevin diqqətinə
Neftçala bələdiyyə sədrindən ŞİKAYƏT: "O, qanunları heç sayır"




