“Alliance Logistics” hesabatları gizlədib - Cərimələndi
Azərbaycanın ən iri nəqliyyat şirkətlərindən biri olan “Alliance Logistics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barəsində inzibati protokol tərtib edilib.
Şirkət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatları, auditor rəyi ilə birlikdə internet səhifəsində və mətbu orqanda dərc olunmayıb.
Buna görə də “Alliance Logistics” barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə protokol tərtib edilib.
MMC-nin nümayəndəsi izahatında göstərib ki, əməkdaşlıq etdikləri auditor şirkəti ilə müqavilə bağlanıb, hesabatın təqdim edilməsi ilə bağlı akt da mövcuddur. Lakin Sabunçu Rayon Məhkəməsinin qərarı ilə MMC 1500 manat cərimə edilib.
Xatırladaq ki, 2018-ci ildə yaradılan “Alliance Logistics”in rəhbəri Teymur Musayevdir.
Qeyd edək ki, ötən il “Alliance Logistics”in ümumi konteyner daşımalarının həcmi 50 000 TEU (20 futluq ekvivalent) təşkil edib. Daşımaların 57 %-i tranzitin payına düşüb. Yük axınlarının formalaşmasında Orta Dəhliz və Bakı–Tbilisi–Qars (BTQ) xətti əsas rol oynayıb. Çin istiqaməti isə ümumi daşımaların 30 %-ni formalaşdırıb.(Yurd.Media)
Bunu da oxu
Oxşar xəbərlər
Hamısı ›
Dövlət laboratoriyalarında milyonluq korrupsiya sxemi - Mexanizm ifşa olunur
Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Dövlət Məşğulluq Agentliyində heç nə dəyişməyib - Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi ...350 milyonluq tender
Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir - “İnter” MMC-yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)
Gəncədə aşkarlanan qanunsuzluqlara bu şirkətlər də ortaqdı – “Gəncə Körpü tikinti-2” ASC, “Rövşən Oğuz Qrup”, “Alians” və “Reyhan Müəssisəsi”


