Son xəbər

BƏƏ Yaxın Şərqdəki gərginliyin dərhal dayandırılmasına çağırıb

19.07.2026 01:58 16
Dünya
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yaxın Şərqdəki hadisələrlə bağlı dərin narahatlığını ifadə edib və bölgədə gərginliyin və qeyri-sabitliyin qarşısını almaq üçün eskalasiyaya dərhal son qoyulmasına çağırıb.

xeberekspress.info xəbər verir ki, BƏƏ-nin Xarici İşlər Nazirliyinin bəyanatında daha təhlükəli nəticələrin qarşısını almaq üçün maksimum təmkinli olmağın vacibliyi vurğulanıb.

Qeyd edilib ki, məktəblər, universitetlər, xəstəxanalar, duzsuzlaşdırma zavodları, enerji obyektləri, nəqliyyat mərkəzləri və yaşayış məntəqələri də daxil olmaqla mülki infrastruktur obyektlərinə edilən hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və heç bir halda haqlı sayıla bilməz.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul