Son xəbər

Bu ölkədə su qıtlığı elan edildi

19.07.2026 01:48 15
Dünya
Hollandiya hökuməti ölkədə uzun müddətdir davam edən quraqlıq, yüksək temperatur və Reyn (Ren) və Maas çaylarında su səviyyəsinin kəskin azalması səbəbindən "faktiki su qıtlığı" elan edib.

xeberekspress.info xəbər verir ki, hökumətin yaydığı yazılı açıqlamada bildirilib ki, ölkənin su idarəetmə sistemində "2-ci səviyyə" adlandırılan "faktiki su qıtlığı" rejiminə keçilib.

Qeyd olunub ki, uzun sürən quraqlıq, isti hava şəraiti və iyul ayı üçün qeyri-adi dərəcədə aşağı düşən çay səviyyələri səbəbindən su ehtiyatlarının daha ciddi şəkildə idarə olunmasına ehtiyac yaranıb.

Rəsmi açıqlamada hazırkı vəziyyətin içməli su təchizatına təsir etmədiyi vurğulanıb. Bununla yanaşı, vətəndaşlara sudan yalnız zəruri hallarda istifadə etmələri, israfçılıqdan çəkinmələri tövsiyə olunub.

Hökumət həmçinin xəbərdarlıq edib ki, yağıntıların normadan az olması və isti hava dalğasının davam etməsi quraqlığın daha da dərinləşməsinə səbəb ola bilər.

Hollandiyanın şərqində yerləşən Neymegen şəhərində çay və su yollarında suyun səviyyəsinin kritik həddə qədər azaldığı müşahidə olunub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul