Son xəbər

“Caspian İnternational Hospital”da vaxtı keçmiş, qeydiyyatsız dərmanlar aşkarlandı

6.07.2026 15:48 16
Cəmiyyət


Səhiyyə Nazirliyi tərəfindən “Caspian İnternational Hospital”dan plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı sözügedən klinikada ciddi nöqsanlar üzə çıxıb. Belə ki, yoxlama zamanı lisenziyadan kənar ginekoloji iş üzrə ekstakorqonal mayalandırma, dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti bitmiş və saxlama şəraitinə riayət etmədən dərman vasitələri aşkarlanıb.
Müəssisədə yoxlama baş direktor Cəbrayıl Abbasovun iştirakı ilə aparılıb. “Caspian İnternational Hospital”ın baş direktoru izahatında bildirib ki, xəbərdarlıqdan sonra müəssisədə sonsuzluqla bağlı prosedurların keçirilməsi saxlanılıb.
Nəticədə “Caspian İnternational Hospital” barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci, 221.1-ci və 221.10-cu maddələri üzrə protokol tərtib edilib. Protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən, “Caspian İnternational Hospital” 6 000 manat cərimələnib.
Qeyd edək ki, rəsmi məlumata görə, hazırda “Caspian İnternational Hospital”ın 29 154 912.6 AZN vergi borcu var.
Şirkətin qanuni təmsilçisi Cəbrayıl Abbasov qeyd olunsa da, səhiyyə müəssisəsinin real sahibinin Şamo Fərzəlibəyov olduğuna dair məlumatlar yayılıb. Məlumata görə, o, əvvəllər səhiyyə nazirinin müavini olmuş Elsəvər Ağayevin qudasıdır. Şamo Fərzəlibəyov eyni zamanda, “Badam Medical Center” və “Arash Medical Company” tibb şirkətinin rəhbəri olaraq da göstərilir.

Xitab24.az

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul