Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Milyonluq TENDER: Ekoloji risk yaranır? - FOTO


Paytaxtda kommunal təyinatlı məhsulların alınması üçün iri həcmli satınalma həyata keçirilir. Söhbət, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin elan etdiyi milyonluq tenderdən gedir.
Alınacaq məhsullar arasında 7 min kiloqram zibil torbası da yer alır. Bu isə, təkcə ayrılan vəsaitin həcmi deyil, həm də həmin məhsulların istifadəsindən sonra yaranacaq tullantıların taleyi ilə bağlı suallar doğurur.
Məsələ ilə bağlı Ajans.az-a ekoloq Rövşən Abbasov bildirib ki, ümumilikdə 7 min kiloqram zibil torbasının alınması şəhər mühiti üçün qeyri-adi hal deyil və bu, tullantıların idarə olunması prosesinin bir hissəsidir.

“Əgər həmin torbalar və onların içində toplanan tullantılar effektiv şəkildə çeşidlənərək təkrar emala yönləndiriləcəksə, bu çox yaxşıdır. Yox, əgər yönləndirilməsə və sadəcə poliqonlara göndərilərsə, bu zaman tullantıların ətraf mühitə yayılma riski yaranır”
O əlavə edib ki, Azərbaycanda tullantıların idarə olunması istiqamətində son illər müəyyən irəliləyişlər olsa da, xüsusilə bəzi regionlarda infrastruktur hələ də zəifdir və problemlər qalmaqdadır.
Onun sözlərinə görə, bu sahədə yerli bələdiyyələrin prosesə daha aktiv cəlb olunması tullantıların toplanması və emalı sisteminin təkmilləşdirilməsinə töhfə verə bilər. Ekoloq həmçinin bəzi bölgələrdə tullantıların hələ də nəzarətsiz şəkildə atıldığını və basdırıldığını vurğulayıb.


Ajans.az

Mingəçevirdə Namiq Tanrıverdiyevin rəhbərlik etdiyi idarədən narazılıq - Vətəndaş analıq məzuniyyəti ödənişini ala bilmir...


"Real Azərbaycan"a müraciət edən Həsənov Amil Oruc oğlu Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin fəaliyyətindən narazılığını ifadə edib.

Şikayətçinin sözlərinə görə, həyat yoldaşı 12 may tarixində analıq məzuniyyətindən qayıdıb. Səhhətində yaranmış problemlər və qeysəriyyə əməliyyatı keçirməsi ilə əlaqədar olaraq ona qanunvericiliyə uyğun şəkildə əlavə 14 günlük analıq məzuniyyəti verilib.

Amil Həsənov bildirir ki, həyat yoldaşı mayın 26-da işə qayıtsa da, həmin 14 günlük məzuniyyətə görə ödənilməli olan vəsait hələ də verilməyib:

“Ödənişin edilməsindən 15 gündən artıq vaxt keçməsinə baxmayaraq, pulumuzu ala bilmirik. Aidiyyəti qurumlara müraciət etsək də, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Namiq Tarverdiyev və mühasibatlıq tərəfindən məsələyə laqeyd yanaşılır. Problem hələ də həll olunmayıb”.

Şikayətçi iddia edir ki, iyunun 8-də keçirilən iclasda regional idarə rəisi məsələ ilə bağlı mühasibatlıqdan izahat tələb etsə də, ona həqiqəti əks etdirməyən məlumat təqdim olunub.

“Görünən odur ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi regionu lazımi qaydada idarə edə bilmir, əməkdaşlar isə vətəndaşlara xidmət göstərmək əvəzinə onların problemlərini həllsiz qoyurlar”, – deyə şikayətçi qeyd edir.

Amil Həsənovun sözlərinə görə, məsələ ilə bağlı birbaşa idarə rəisi ilə əlaqə saxladıqda da xoşagəlməz münasibətlə qarşılaşıb:

“Problemlərimizi çatdıranda bizə ‘Sən bilirsən kiminlə danışırsan? Mən rəisəm, necə desəm elə də olacaq’ deyə cavab verildi. Bu cür münasibət dövlət qulluqçusuna yaraşmır. Görəsən, bu şəxsləri vəzifəyə təyin edənlər onlara vətəndaşlarla belə davranmağı tapşırıblar?”

Şikayətçi problemin tezliklə araşdırılaraq həll olunmasını istəyir.

Real Azərbaycan

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...


Bakı şəhərində fəaliyyət göstərən “Turan” klinikası ilə bağlı ciddi iddialar ortaya çıxıb.


Xalq-ın məlumata görə, klinikada çalışan bəzi həkimlərin müvafiq dövlət sertifikasiyasından keçmədiyi, onların bir qisminin isə 65 yaşdan yuxarı olduğu iddia olunur.


Bu iddialar səhiyyə sistemində kadr nəzarəti və tibbi xidmətlərin keyfiyyəti ilə bağlı ciddi suallar doğurur.


Tibb müəssisələrində həkimlərin sertifikatsız fəaliyyət göstərməsi qanunvericiliyin pozulması deməkdir və bu, birbaşa xəstələrin sağlamlığı üçün risk yarada bilər.


Ən çox müzakirə olunan məqamlardan biri isə yaş faktıdır. İddialara görə, 65 yaşdan yuxarı şəxslərin həkim kimi fəaliyyət göstərməsi və bu prosesin hansı əsasla davam etdiyi sual doğurur.


Hazırda “Turan” klinikası və aidiyyəti qurumlar səsləndirilən bu iddialara münasibət bildirməyib.


Qeyd edək ki, Azərbaycanda tibb fəaliyyəti üçün sertifikasiya tələbləri və peşə standartları mövcuddur və bu qaydalara əməl olunması məcburidir.


Xalq.online

"Qorqud Clinic"anın böyük miqdarda vergi borcu üzə çıxdı - FOTOFAKT


"Qorqud Clinic" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət büdcəsinə böyük miqdarda borcu olduğu məlum olub.

32gun.az-ın əldə etdiyi məlumata görə, tibb müəssisəsinin hazırda tam olaraq 50 min 689 manat vergi borcu yaranıb.

Bakı şəhəri, Nərimanov rayonu, Şah İsmayıl Xətai prospekti, ev 15 ünvanında hüquqi qeydiyyatda olan klinikanın nizamnamə kapitalı isə cəmi 20 manatdır. Qanuni təmsilçisi isə Əsli Əliyeva Əkbər qızıdır.(32gun.az)
Xəbər lenti