Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Burda dustaqlar AYLIĞA OTUZDURULUB… – ödəniş etməyən isə…


Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki şəhərində yerləşən 15 saylı cəzçəkmə müəssisəsində acınacaqlı mənzərə hökm sürür.
Məlumata görə, cəzaçəkmə müəssisəsinin rəisi orda saxlanılan bütün dustaqlardan aylıq haqq tələb edir. Əks halda, yəni ödənişdən boyun qaçırdığı təqdirdə həmin məhbusa rəsmən cəhənnəm yaşadılır.

Məlumata görə, məbləğ konkret deyil və məhbusların maddi imkanı səviyyəsinə görə dəyişir:

“Yalnız bir-iki istisna ola bilər. Yəni kimsəsiz məhbuslar ödəniş etmirlər. Qalan hər bir dustaq aylıq pul verir ki, əslində qanuni olan hüquqlarından – məsələn, ailə üzvləri ilə görüş, sovqat qəbulu və digər bu kimi hüquqlarından istifadə edə bilsin”.

Görünür, Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun bundan xəbəri yoxdur. Biz də elə buna ümid edirik…

“DİA-AZ”

“Hünər-İnşaat”ın fəhlələrinə Zəngilanda maaşları verilmir?


Hünər-İnşaat” şirkətində çalışan fəhlələr əməkhaqlarının ödənilməməsindən şikayətçidirlər.

Bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.

Yayılan görüntülərdə fəhlələr “Hünər-İnşaat”ın Zəngilan rayonunun Cahangirbəyli kəndindəki inşaatında işlədiklərini bildiriblər.

Onlar iddia ediblər ki, şirkətdən bir müddətdir maaş ala bilmirlər, hətta bayram olmasına baxmayaraq, əməkhaqları verilmir, ac-susuz qalıblar:

“Hamımız gedirik yolu kəsməyə. Camaatın pulunu vermirlər. Qaçıb oturublar Bakıda ofisdə. Bayram günü yeyib-içirlər. Zəngilan rayonunun Cahangirbəyli kəndindəyik. Pulumuzu vermirlər. Hamımız bayram günündə ac-susuz, yeməksiz, siqaretsiz qalmışıq. “Hünər” şirkəti pulumuzu vermir. Magistral yolu kəsmişik ki, bəlkə, pulumuzu verələr”.

Xatırladaq ki, “Hünər-İnşaat” şirkəti “Huner Group”a daxildir. “Huner Group”un təsisçisi isə tanınmış azərbaycanlı iş adamı Ehtiram Quliyevdir.

Qeyd edək ki, məsələ ilə bağlı “Hünər-İnşaat” şirkəti mövqe bildirməyib.

SAVASHMEDİA.az

Başçının yaman günə qoyduğu GORANBOY - BU NƏDİ BELƏ?


Son günlər Goranboy şəhərinin müxtəlif ərazilərindən yayılan foto və videogörüntülər rayonun abadlıq və təsərrüfat vəziyyəti ilə bağlı ciddi suallar doğurur. Sosial şəbəkələrdə və yerli sakinlər arasında müzakirə olunan görüntülərdə şəhərin bəzi küçələrinin baxımsız vəziyyətdə olduğu, yaşıllıq sahələrinin lazımi səviyyədə qorunmadığı, yol və səkilərdə problemlərin mövcud olduğu iddia edilir.

Arazpress.com bildirir ki, ortaya çıxan mənzərə fonunda diqqətlər Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin fəaliyyətinə yönəlir. Sakinlər hesab edirlər ki, rayonun mərkəzi hissəsində belə problemlərin yaşanması yerli icra strukturlarının işinə nəzarətin zəif olmasından xəbər verir. Çünki şəhərin siması hesab olunan mərkəzi küçələrdə yaranan problemlər ilk növbədə məsul qurumların diqqətində olmalıdır.

Maraqlıdır ki, son illərdə rayonda abadlıq-quruculuq, yol təmiri, yaşayış binalarının yenidən qurulması və digər infrastruktur layihələri üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrıldığı barədə məlumatlar açıqlanıb. Lakin sakinlərin bir hissəsi hesab edir ki, ayrılan vəsaitlərin xərclənməsinin nəticələri şəhərin ümumi görünüşündə və infrastrukturunda gözlənilən səviyyədə hiss olunmur.

İctimaiyyət arasında ən çox müzakirə olunan məsələlərdən biri də həyata keçirilən satınalmalar və tender layihələridir. Rayon ərazisində abadlıq, təmir və quruculuq işləri ilə bağlı müxtəlif layihələrin icra edildiyi bildirilsə də, vətəndaşlar görülən işlərin keyfiyyəti və səmərəliliyi barədə daha ətraflı məlumat verilməsini istəyirlər. Onların fikrincə, dövlət vəsaitlərinin necə xərclənməsi barədə şəffaflıq artırılmalı, görülən işlərin nəticələri ictimaiyyətə daha aydın şəkildə təqdim edilməlidir.

Goranboy sakinləri hesab edirlər ki, rayonun inkişafı yalnız hesabatlarda deyil, şəhərin küçələrində, yollarında, parklarında və yaşayış məntəqələrinin ümumi vəziyyətində öz əksini tapmalıdır. Əks halda milyonlarla manat vəsaitin ayrılması barədə məlumatlar cəmiyyətdə əlavə suallar doğurmağa davam edəcək.

Bu gün Goranboyda yaranan vəziyyət fonunda sakinlərin əsas gözləntisi rayon rəhbərliyinin mövcud problemlərə operativ münasibət bildirməsi, şəhərin abadlıq və təmizlik vəziyyətinin yaxşılaşdırılması, həmçinin həyata keçirilən layihələr barədə ictimaiyyətə ətraflı məlumat verilməsidir.

Bu mənzərə qarşısında sakinlər bir sualın cavabını gözləyirlər: Dövlət büdcəsindən ayrılan vəsaitlər həqiqətənmi rayonun inkişafına xidmət edir, yoxsa, Goranboyun problemləri kağız üzərində həll olunur? Bu sualın cavabı isə ilk növbədə aidiyyatı qurumların verəcəyi izahatlardan və görüləcək real işlərdən asılıdır.

Arazpress.com



Rusiya Ukraynanı vurdu - Ölənlər var


Rusiya gecə saatlarında Ukraynanın paytaxtı Kiyev və ölkənin bir sıra digər bölgələrinə genişmiqyaslı hava hücumları təşkil edib.

Kiyevdə azı 11 nəfər yaralanıb.

Dnepr şəhərinə edilən hücumlar nəticəsində isə 4 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.

Kiyev şəhər rəhbərliyinin məlumatına görə, hücumlar zamanı şəhərin müxtəlif hissələrində yanğınlar baş verib. Hava hücumundan müdafiə sistemləri işə salınsa da, bəzi raket və pilotsuz uçuş aparatlarının yaşayış məntəqələrinə zərər vurduğu qeyd olunur.

Bildirilib ki, raket zərbəsi nəticəsində 24 mərtəbəli yaşayış binasında yanğın başlayıb. Digər bir hadisədə isə vurulan raketin qalıqları 9 mərtəbəli binanın damına düşərək alovlanmaya səbəb olub.

Xilasetmə xidmətləri zərər görmüş binalarda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Dağıntılar altında insanların qala biləcəyi ehtimal edilir.

Hücumlar fonunda şəhərin bəzi rayonlarında elektrik enerjisinin verilməsində fasilələr yarandığı da bildirilib.
Xəbər lenti