TƏCİLİ Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq
XeberPress.info » Hadisə » Bərdədə Qarabağ kanalında 59 yaşlı kişi batıb
Hadisə / Bölgə

Bərdədə Qarabağ kanalında 59 yaşlı kişi batıb

Bərdədə Qarabağ kanalında 59 yaşlı kişi batıb
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə 17 iyul 2026-cı il tarixində Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən xeberekspress.info-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Xəbəri bəyəndiniz? 0 0

Oxşar xəbərlər