"Luxoil Company"nin milyonlarla borcu var - məntəqələr, daş karxanaları...
5 il əvvəl yaradılan "Luxoil Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yaranıb.
Bizimesr.az bildirir ki, 16 aprel 2020-ci ildə fəaliyyətə başlayan və nizamnamə kapitalı 20 manat olan şirkətin hazırda Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi 4.208.040,04 manat vergi borcu var.
"Luxoil Company" MMC-nin ilk qanuni təmsilçisi Qasımov Hidayət İdris oğlu olub. Hazırda isə bu vəzifəni onunla eyni soyadı daşıyan Qasımov Elvin Vilayət oğlu tutur.
MMC haqqında bildirilir ki, "Luxoil Company" Azərbaycan daxilində və beynəlxalq daşımalar üzrə xidmət göstərir. Həmçinin respublikanın müxtəlif yerlərində yanacaq doldurma məntəqələri və ərzaq mağazaları var.
Fövqəladə Hallar Nazirliyinin saytında qeyd edilir ki, şirkətin Quba daş karxanasında və Tovuz Rayonu Cəlilli Cəlilli küçəsində yerləşən yanacaq doldurma məntəqəsində yoxlama aparılacaq. Onu da qeyd edək ki, "Luxoil Company" fəaliyyətə başladıqdan sonra bir neçə milyonluq tenderin qalibi olduğu üçün KİV-in gündəmə gəlmişdi.(Bizimesr.az)
Bunu da oxu
Oxşar xəbərlər
Hamısı ›
Zaur Mikayılovun şübhəli tenderləri -vergi borcu olan şirkət, naməlum qaliblər və milyonlarla manatlıq müqavilələr
NDU-da Tender "Ehtiyatı": 8 minlik yanacaq + Qalib şirkətdəki Talıbov izləri və keçmişi
Tanınmış aparıcının həyat yoldaşına 2,4 milyonluq sifariş (FOTO)
NDU-nun 6 milyonluq satınalma dosyesi: Elbrus İsayevin rektorluğu dövründə xərclənən vəsaitlər haraya gedib? – ARAŞDIRMA
Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – FOTOLAR


