Uşaq bağçasındakı ərzaqları oğurlayırlar? – VİDEO
Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.
Paylaşılan məlumatlarda bildirilir ki, sözügedən hadisə bağçaya təyin olunmuş müdir əvəzinin göstərişi ilə baş verib.
Bağçanın müdir əvəzi Vəsilə Bayramova iddiaların əsassız olduğunu bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra bütün məqamlar aydınlaşacaq.
“Görüntüləri görmüşük və orada səsləndirilən iddiaların hamısı yalandır. Kadrlarda görünənlər ərzaq deyil, tullantı məhsullarıdır”, – deyə o bildirib.
Valideynlərdən biri də bağçada uşaqların qidalanmasından razı qaldığını deyib: “Qidalanma hər gün çəkilir və qruplarda paylaşılır. Son vaxtlar təyin olunan müdir əvəzi Vəsilə xanım bağçada bir çox yeniliklər həyata keçirib. O, işinə və uşaqlara böyük həvəslə yanaşır. Kadrlara diqqətlə baxanda da görünür ki, orada daşınan hər hansı ərzaq məhsulu yoxdur. Bunlar, sadəcə, tullantı məhsullarıdır”.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 198 nömrəli körpələr evi-uşaq bağçasında ərzaq məhsullarının mənimsənilməsi ilə bağlı yayılan iddialar araşdırılır.
Daha ətraflı “Baku TV”nin süjetində:
Bunu da oxu
Oxşar xəbərlər
Hamısı ›
265 nömrəli dövlət baxçasında pul yığımı iddiaları: Valideynlərdən aylıq 25 manat, müdirin ad günü üçün isə əlavə vəsait tələb olunur?
Zabrat-Maştağa yolunun su basma müəmması - Milyonluq layihələr niyə işləmir? - ARAŞDIRMA
Siyəzən şəhər 3 №-li körpələr evi–uşaq bağçasında ərzaq qalmaqalı – Regional Təhsil İdarəsi araşdırma aparır
“Pearl Kids” bağçasında 4 yaşlı uşağaı psixoloji şiddət: “Uşağım qorxudan…”


