Son xəbər

Hesablama Palatası araşdırdı - Qızıldaş Mədəniyyət Mərkəzindəki bağça bağlandı

20.03.2026 11:17 32
Gündəm / Cəmiyyət

Bakının Qaradağ rayonu Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində "Erkən inkişaf" kursu adı altında fəaliyyət göstərən, lakin əslində qanunsuz bağça kimi işləyən müəssisə bağlandı.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Hesablama Palatasına daxil olan müraciətlər əsasında aparılan araşdırma nəticəsində müəssisədə ciddi çatışmazlıqların olduğunu təsdiqlənib.

Hesablama Palatasından vətəndaşlara verilən cavab məktubunda isə fəaliyyətindəki nöqsanlara görə mərkəzdəki "Erkən inkişaf" kursunun fəaliyyətinin dayandırıldığı bildirilib.

Xatırladaq ki, daha əvvəl bu məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Yurd.Media-ya bildirilmişdi ki, "Eliza School” tədris mərkəzi ilə bağlanmış müqaviləyə əsasən Mərkəzdə "Erkən inkişaf” kursu təşkil olunub.

Lakin həmin binada uşaq bağçası təşkil olunması ilə bağlı dərc olunan yazıdan sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilmişdi ki, Qızıldaş Mədəniyyət Mərkəzi ilə hər hansı idarə və ya tədris mərkəzi arasında rəsmi icarə müqaviləsi mövcud deyil.

Qeyd edək ki, bağçanın fəaliyyəti dayandırılsa da, Mərkəzin bədii rəhbəri Gülnar Abbasovanın hələ də öz direktor vəzifəsini icra etdiyi bildirilir.

Yurd.Media

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul