“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Azyaşlı övladının bağçada psixoloji təzyiqə məruz qaldığını iddia edən ana sosial şəbəkədə paylaşım edib.
Söhbət "Nağıllar dünyası" uşaq bağçasından gedir.
Paylaşımda ana son günlər övladının davranışlarında dəyişikliklər müşahidə etdiyini bildirib. Onun sözlərinə görə, uşaq bağçaya getmək istəmir, gecələr yuxudan qorxaraq oyanır və müəllimlərin adını çəkərək ağlayır:
Valideyn iddia edir ki, bağçada uşaqlara qışqırılır, sərt davranılır və bu vəziyyət övladında travma yaradıb:
"Son 5 gündə oğluma nə yaşadıblarsa, gözünün işığı sönüb. Nə haqla? Siz kimsiniz? Uşağa qışqırmaqla, əmrlər verməklə tabe etməyə çalışırlar. Belə pedeqoq olur? Travma yaradaraq övladımı bağçalarına "alışdırmağa" çalışırlar. Mənim uşağım bağçanın qapısından içəri girmək istəmir".
Şikayətçi bir müddətdir yaşananlardan şübhələr duyduğunu bildirib:
"Gecənin bir yarısında övladım yuxudan oyanıb müəllimlərin adını çəkir, qışqırır. "Ana getmirəm. Yoxdu bağça" deyir. Nədir bu? Nə deməkdir? Övladım evdə bütün gün "sus", "otur" kimi sözlər deyir. Bütün gün qucağımdan düşmür".
Ana həmçinin bildirib ki, məsələ ilə bağlı digər valideynlər və bəzi bağça əməkdaşları da ona yazaraq narahatlıqlarını ifadə ediblər. O, bağçada müəllim və dayələrin tez-tez dəyişdiyini də vurğulayıb.
Milli.az
Bunu da oxu
Oxşar xəbərlər
Hamısı ›
“Pearl Kids” bağçasında 4 yaşlı uşağaı psixoloji şiddət: “Uşağım qorxudan…”
Xırdalanda məktəbdə qalmaqal: biri icma qrupundan, digəri 1-ci sinifdən uzaqlaşıb – valideyn ciddi iddialar səsləndirir
“Kintsugi” ilə jurnalist transformasiyası - “Azərlotereya”nın media təlimi, yoxsa emosional PR?
Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılovun səhv əməliyyatına görə pasiyent ölüb?
“3 yaşlı övladım dedi ki, barmağımı bağçada bibi yandırıb” - VİDEO


