“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) İsrailin “K.R.V Medical Group 2014 LTD” şirkəti ilə müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, “Azərkosmos” müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında bağlayıb.
Qeyd edək ki, “Azərkosmos” “K.R.V Medical Group 2014 LTD” şirkətindən İsraildə evlərin uzunmüddətli icarəsi xidmətlərini alacaq və bunun qarşılığında bir il üçün 1 milyon 80 min 258 manat 34 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, son 3 ildə “Azərkosmos” “K.R.V Medical Group 2014 LTD” ilə sayca üçüncü müqaviləni imzalayır. Əvvəlki iki müqavilə “Azersky-2” layihəsinin icrası çərçivəsində avtomobil və evlərin uzunmüddətli icarəsi xidmətləri ilə bağlı olub. Həmin müqavilələrin ümumi dəyəri isə 3 milyon 848 min 51 manat 95 qəpik təşkil edib.
Bunu da oxu
Oxşar xəbərlər
Hamısı ›
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ
Tərtər Su Meliorasiya İdarəsinə bu MMC ilə müqaviə bağlamağa ADSEA-dan kim tapşırıq verib


