“Metinvest“ MMC-nin bir qrup işçisi maaşlarını ala bilmədiklərindən şikayətçidirlər - VİDEO
Sumqayıtda bir qrup əməkdaş çalışdıqları "Metinvest" MMC rəhbərliyindən narazıdır. Onların iddiasına görə, artıq 4 aya yaxındır əməkhaqları ödənilmir və bu səbəbdən işçilər ciddi maddi sıxıntı ilə üz-üzə qalıblar.
Xezerxeber.az-ın məlumatına görə, əməkdaşlar məsələ ilə bağlı dəfələrlə şirkət rəhbərliyinə müraciət etdiklərini bildirsələr də, indiyədək problemin həlli istiqamətində heç bir real addım atılmadığını deyirlər.
Şikayətçilərin sözlərinə görə, bir aydan çoxdur ki, öz xahişləri ilə işdən çıxmaq üçün ərizələr təqdim ediblər, lakin ərizələr təsdiqlənmir. Bildirilir ki, şirkət rəhbərliyi əməkhaqqı və son haqq-hesab ödənilmədiyi üçün işdən çıxış prosesini rəsmiləşdirmir. İşçilər bu səbəbdən nə gecikdirilmiş maaşlarını ala bilir, nə də başqa iş yerlərində rəsmi şəkildə işləyə bilirlər.
Məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxladıq. Özünü şirkətin rəsmisi kimi təqdim edən Murad adlı şəxs bildirdi ki, 10 gündən az müddətə işçilərin maaşı ödəniləcək.(Xezerxeber.az)
Bunu da oxu
Oxşar xəbərlər
Hamısı ›
Tovuzda bir obyektin taleyi: sahibkarın müraciəti, gecikən qərarlar və ortaya çıxan suallar
İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Abşeronun səhiyyə “labirinti” və Səkinə Sadıxovanın “mannı” PİARI –TƏBİB necə İFLİC OLDU?
SOCAR-ın mənzil maxinasiyası: “güzəştli evlər” adı altında neftçilər aldadılıb


