Müavinləri Saleh Məmmədovu necə “xərcləyib?”
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq rəhbəri (AAYDA) Saleh Məmmədovun dönəmində yol inrasrukturu və büdcə sərfiyyatı ilə bağlı ciddi problemlərin meydana çıxdığı, adıçəkilən şəxsin məhz bu problemlər səbəbi ilə öz vəzifəsindən uzaqlaşdırıldığı məlumdur.
Rellıq bundan ibarətdir ki, Saleh Məmmədovla bağlı mövcud durumun bunca faciəvi xarakter daşımasında onun etibar edib vəzifəyə qoyduğu müavinləri ciddi rol oynayıb. Sözügedən qurumun büdcəsinin müxtəlif layihələr adı altında mənimsənilməsində, dövlət və ictimai maraqların deyil, fərdi və qrup maraqlarının təmin olunmasında nəhəng müavin ordusu yaxından iştirak edib.
Redaksiyamıza daxil olan məlumata görə, müavin heyəti bəzi hallarda şəxsi maraqlar naminə Saleh Məmmədovu yanlış məlumatlarla istiqamətləndirib, onun səhv qərarlar qəbul etməsinə məqsədli şəkildə təsir göstərib. Nəticədə, İdarə Heyətinin sabiq sədri bəzi hallarda müavinlərinin təsiri altında yanlış qərarlar qəbul etməli olub.
Onu da qeyd edək ki, bu gün media və sosial mediada Saleh Məmmədovla bağlı sasız-hesabsız ittihamlar səsləndirilsə də, AAYDA-nın keçmiş rəhbərinin məmur ordusu, müavinləri haqqında heç bir tənqidi fikir yer almır. Bu faktın özü sübut edir ki, Saleh Məmmədovun müavinləri hər zaman olduğu kimi bu gün də sudan quru çıxmağı bacarır. Ancaq ümid edirik ki, nə vaxtsa Baş Prokurorluq və DTX Saleh Məmmədovun komandasına da “nəzər salacaq”, onların da məsuliyyətinin müəyyən olunmasına nail olacaq.
Oxşar xəbərlər
Hamısı ›
Müavinləri Saleh Məmmədovu necə “xərcləyib?”
AAYDA-da milyonları talayan Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir?
Hesablama Palatası Saleh Məmmədovun maliyyə maxinasiyalarını sənədləşdirib - TALANAN PULLAR QAYTARILMALIDIR!
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib
AAYDA-da DƏYİŞİKLİK DÖNƏMİ: Start düyməsi basıldı... - kim(lər) YOL ÜSTÜNDƏDİR...


