Badamdarda qəbirlərin üzərində tikinti aparanlar kimdir? - Qəbirlər dağılıb - VİDEO
Bakının Səbail rayonu ərazisində yerləşən Badamdar qəbiristanlığında qəbirlərin məqsədli şəkildə dağıdılaraq yerində tikinti aparıldığı iddia olunur.
Bu barədə şikayətçi Qalina İmanova deyib. Qalina İmanovanın atası bu qəbiristanlıqda dəfn olunub. Məzar isə tikinti aparılan yerin altında yerləşir.
“Biz atamızı burada dəfn edəndə ərazinin yaşayış üçün yararlı olmadığını və bu ərazidə heç vaxt evlərin tikintisinə icazə verilməyəcəyini demişdilər. İndi isə yuxarıdan daşlar qəbirlərin üstünə tökülür və qəbirlər məqsədli şəkildə dağıdılır”,-deyə Qalina İmanova bildirib.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, onlar qəbirlərə hörmət edir və apardıqları tikintinin burdakı məzarlara heç bir ziyanı yoxdur, əksinə, təmir etməyə çalışırlar ki, sürüşmənin qarşısı alınsın. Çünki burada torpaq sürüşməsi dayanmır.
Qeyd edək ki, hazırda ərazidə tikinti davam edir, o bir yanda isə torpaqda yaranan iri çatlar təhlükənin mövcudluğundan xəbər verir.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən cavab olaraq bildirildi ki, əraziyə baxış keçirilib və yaranmış fəsadların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. Hazırda sözügedən ərazidə təmizlik işləri və dağılmış qəbir daşlarının bərpa edilməsi istiqamətində işlər həyata keçirilir.(Bizimesr.com)
Ətraflı videomaterialda...
Bunu da oxu
Oxşar xəbərlər
Hamısı ›
Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – FOTOLAR
SOCAR-ın mənzil maxinasiyası: “güzəştli evlər” adı altında neftçilər aldadılıb
Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…
İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Zabrat-Maştağa yolunun su basma müəmması - Milyonluq layihələr niyə işləmir? - ARAŞDIRMA


