Tarix : 14-07-2021, 09:30 | Bölmə: xeberler / Bolge |
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənilər Şuşa ətrafındakı Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən Xeberpress.info-ya verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.

Bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
(Reytinq:0)