Tarix : 13-07-2021, 10:57 | Bölmə: xeberler / Cemiyyet |
Pensiyalar bu tarixdə  ödəniləcək

Pensiyalar bu tarixdə ödəniləcək.

İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq.

Xeberpress.info bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundən məlumat verilib.

Qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard 958 milyon 600 min manat ödənilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 84,1 mln. manat və ya 4,5% çoxdur.
(Reytinq:0)