Tarix : 13-07-2021, 09:28 | Bölmə: xeberler / Hadise |
Hərbçimiz tabel silahla intihar edib

Azərbaycan Ordusunun hərbçisi tabel silahından istifadə etməklə intihar edib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.

Müdafiə Nazirliyindən Xeberpress.info-ya verilən məlumata görə, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
(Reytinq:0)