Tarix : 12-07-2021, 11:25 | Bölmə: xeberler / Dunya |
Türkiyədə gündəlik peyvənd sayı 1 milyona yaxındır

Türkiyədə koronavirusa qarşı peyvənd sayı 58 milyon dozaya yaxınlaşır.

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq olunan kütləvi peyvəndləmə sürətlənməkdə davam edir.

Xeberpress.info xəbər verir ki, iyulun 11-də Türkiyə vaxtı ilə saat 19:45-ə (Bakı vaxtı ilə saat 20:45) qədər ölkə üzrə COVID-19 infeksiyasına qarşı tətbiq olunan peyvəndin sayı 57 milyon 752 min 492 dozaya çatıb. Bu həftə içərisində ümumilikdə 5 milyon 131 min 997 doza peyvənd vurulub. Bu rəqəm onu göstərir ki, gündəlik peyvənd sayı 1 milyona yaxınlaşır.

Səhiyyə naziri Fahrettin Koca son açıqlamalarında bildirib ki, ölkə üzrə kütləvi yoluxma peyvəndləmənin az olduğu bölgələrdə qeydə alınır. Ölkənin hər yerində kütləvi vaksinlənmə, təmizlik qaydalarına əməl etmək, sosial məsafə saxlama və maska taxmaq koronavirusa qarşı mübarizə qaydaları olaraq qorunmaqdadır.
(Reytinq:0)