Tarix : 9-07-2021, 11:43 | Bölmə: xeberler / Medeniyyet |
Məktəb inspektoru seçimi yekunlaşır

Məktəb inspektoru vəzifəsi üzrə elan edilən müsabiqə sabah yekunlaşır.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən məktəb inspektoru vəzifəsi üzrə elan edilən müsabiqəyə müraciətlərin qəbulu iyulun 10-da yekunlaşır.

Təhsil Nazirliyindən Xeberpress.info-ya bildirilib ki, müsabiqəyə müraciət etmək istəyən şəxslər TKTA-nın rəsmi internet səhifəsinə (www.tkta.edu.az) daxil olub vakansiya tələbləri ilə tanış olduqdan sonra məlumatlarını göndərə bilərlər.

Qeyd edək ki, layihənin məqsədi məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, o cümlədən məktəb-şagird-valideyn əlaqələrini daha da gücləndirərək, sağlam və keyfiyyətli təhsil mühiti formalaşdırmaqdır.
(Reytinq:0)