Tarix : 7-07-2021, 12:47 | Bölmə: xeberler / iqtisadiyyat |
 Sahibkarlara 25 milyon manat güzəştli kredit verilib

Bu il sahibkarlara 25 milyon manat güzəştli kredit verilib.

Sahibkarlığın İnkişafı Fondundan ayrılan güzəştli kreditlərin 95,7 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.

Xeberpress.info xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“2021-ci ilin yanvar-may ayları ərzində 339 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 770-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə nazir qeyd edib.
(Reytinq:0)