Tarix : 7-07-2021, 11:58 | Bölmə: xeberler / Hadise |
Narkotik satan şəxs saxlanıldı

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mingəçevir şəhər sakini saxlanılıb.

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası və alğı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Xeberpress.info-ya bildiriblər ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı həmin cinayəti törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Rüstəm Muxtarov saxlanılıb.

Şəxsi axtarış aparılan zaman ondan kağız bükümlərdə satış məqsədilə üzərində daşıdığı heroin və qurudulmuş marixuana, eləcə də psixotrop maddə - metamfetamin aşkarlanıb.

Davam etdirilən tədbirlərlə R.Muxtarovun yaşadığı ünvana da baxış keçirilib. Oradan ümumi çəkisi 21 kiloqram 150 qram olan narkotik tərkibli 90 çətənə bitkisi, həmçinin 1 kiloqrama yaxın qurudulmuş marixuana və kağız bükümdə heroin qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
(Reytinq:0)