Tarix : 6-07-2021, 11:16 | Bölmə: xeberler / Medeniyyet |
Bəstəkar Üzeyir Hacıbəylinin Şuşadakı heykəli

Heydər Əliyev Fondu tərəfindən Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq.

Xeberpress.info xəbər verir ki, bu barədə Fondun Facebook hesabında məlumat verilib.

Hazırda Bakıda emalatxanada heykəlin hazırlanması prosesi gedir. Abidə Şuşa şəhərinin işğalı zamanı ermənilər tərəfindən dağıdılan heykəlin yerində ucaldılacaq. Heykəl bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılan və müəllifi heykəltaraş Əhməd Salikov olan bürünc heykəlin surəti əsasında yaradılır.

Heykəlin üzərində işlər 18 Sentyabr- dahi bəstəkarın doğum günü və Musiqi Gününə qədər başa çatdırılacaq.
(Reytinq:0)