Tarix : 24-06-2021, 09:49 | Bölmə: xeberler / Dunya |
Türkiyə naziri: Gərginlik araşdırılır

Qara dənizdəki gərginlik araşdırılır.

Rusiya donanmasının sərhəd patrul gəmisinin Qara dənizdə Böyük Britaniyanın “Defender” esminesinə atəş açması ilə bağlı Türkiyədən ilk açıqlama verilib.

Xeberpress.info xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar danışıb.

Mövzu ilə bağlı həm Rusiya, həm də Böyük Britaniyadan açıqlama gəldiyini deyən nazir bu açıqlamaların fərqli olduğunu və araşdırıldığını bildirib. Qeyd edilib ki, yaxın saatlarda mövzu daha aydın şəkildə bəlli olacaq.
(Reytinq:0)