Tarix : 12-06-2021, 11:55 | Bölmə: xeberler / siyaset |
Beynəlxalq ictimaiyyət  Azərbaycanın yanında olmalıdır

Beynəlxalq ictimaiyyət haqlı mübarizəsində Azərbaycanın yanında olmalıdır.

Azərbaycanın Kəlbəcər rayonunda baş verən faciə nəticəsində iki həmkarımızın ölüm xəbəri media aləmi olaraq bizi dərindən sarsıtdı. Allahdan şəhidlərimizə rəhmət diləyir, ailələrinə, bütün Azərbaycan xalqına və türk dünyasına başsağlığı verirəm.

Xeberpress.info xəbər verir ki, bu fikirləri Türkiyənin NTV telekanalının aparıcısı Osman Girgin söyləyib.

O deyib: “Kəlbəcərə gedən ilk jurnalistlərdən biri, bəlkə də oranı küçə-küçə gəzən yeganə müxbir olaraq özümü o qardaşlarımın yerinə qoydum. Ağrı və kədərimi təsvir etmək mümkün deyil. Beynəlxalq ictimaiyyət bu haqlı mübarizəsində Azərbaycanın yanında olmalıdır. Xüsusilə münaqişə bitdikdən, Vətən müharibəsində Azərbaycan Qələbə qazandıqdan sonra minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi vacibdir. Bu əraziləri öz gözlərimlə gördüyüm üçün əminliklə deyə bilərəm ki, sadəcə, Kəlbəcər deyil, orada bir çox yer minalanıb. Oraya yalnız dar yollarla getmək mümkündür. Lakin bu yollar da etibarlı deyil. Beynəlxalq ictimaiyyətin buna qarşı çıxması və Ermənistanın minalanmış ərazilərin xəritələrini verməsi üçün ona təzyiq göstərməsi vacibdir”.

Kəlbəcərdə tarixi kilsəni ziyarət etdiyini vurğulayan aparıcı qeyd edib: “Deyə bilərəm ki, bu rayonda insanların sülh içində birgə yaşaması üçün hər cür imkan var. Ermənilər o ərazilərdə hələ də yaşayır və azərbaycanlıların onlar üçün yaratdığı imkanlara baxdıqda qarşı tərəfin nə üçün belə addımlar atdığının cavabını tapa bilmirəm”.
(Reytinq:0)