Son Xəbərlər
Müdrik və humanist Türk diplomatiyası 11:32Azərbaycanın V İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı 11:16O, sürücüyə özünü öldürmək istədiyini deyib... 14:02Şəxsi heyətin döyüş və peşə hazırlığı yoxlanılıb 14:34Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclası çağrılıb 12:4410 il əvvəl törədilmiş cinayətin üstü açıldı 11:59Prezident İlham Əliyev “Yaşma” qovşaq yarımstansiyasının açılışında olub 10:30Ermənistan terrorçuları Naxçıvandakı mövqelərimizi atəşə tutub 13:11Bayram namazları bu tarixdə qılınacaq 12:21QMİ Qurban bayramı ilə bağlı tövsiyyələr verdi 11:53DİM III ixtisas qrupu üzrə qəbul imtahanı keçirir 11:33"Azərbaycan deyəndə" layihəsinin təqdimatı keçirilib - FOTO 10:55Dahi liderin arzuları reallaşdı 10:43Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub 09:30Ağır yaralı qazilərimiz Türkiyəyə göndərilib 11:58

Şəxsi heyətin döyüş və peşə hazırlığı yoxlanılıb
FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin Şimal-qərb regional mərkəzində və DYNX-nin Şimal-qərb Regional DYNİ-də növbəti yoxlama tədbirləri həyata keçirilib.
Xeberpress.az FHN-in məlumatına əsasən bildirir ki, Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təsdiq olunmuş əmrinə uyğun olaraq, “Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin hazırlığı üzrə Təşkilati-metodiki göstərişlər”in icrasının təmin edilməsi məqsədilə Nazirliyin Şimal-qərb Regional Mərkəzində və Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsində növbəti yoxlama tədbirləri həyata keçirilib.
Yoxlama zamanı fəaliyyətin müvafiq normativ-hüquqi aktların tələbərinə uyğun təşkil edilməsi, şəxsi heyətin döyüş və peşə hazırlığı vəziyyəti, nizam-intizamı, sıra hazırlığı, geyim formasının düzgün daşınması, xidmətin təşkili, fiziki hazırlıq üzrə normativlərin yerinə yetirilməsi, zabit heyətinin komandir və peşə hazırlığı üzrə bilik səviyyələrinin artırılması, mövcud texnika və avadanlıqların hazır vəziyyətdə saxlanılması, növbətçilik sisteminin qurulması, günün nizam qaydalarının tələblərinə riayət olunması, tibbi təminat və mənəvi-psixoloji vəziyyət, xilasetmə işinin təşkili və fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və axtarış xilasetmə işlərinin yerinə yetirilməsi, texniki təhlükəsizlik qaydalarına riayət olunması və bu kimi digər sahələr diqqət mərkəzində olub.
Yoxlama zamanı əməli köməklik göstərilib, aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair müvafiq tapşırıqlar verilib.
(Reytinq:0)