Tarix : 17-03-2022, 12:44 | Bölmə: xeberler / Dunya |
Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclası çağrılıb

Böyük Britaniya, ABŞ, Fransa, Albaniya, İrlandiya və Norveç Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Xeberpress.info TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəliyinin “Twitter” hesabında dərc olunan məlumatında deyilir.

Məlumata görə, BMT Təhlükəsizlik Şurasının Ukraynadakı humanitar vəziyyətə dair iclası martın 17-də Nyu-York vaxtı ilə günün ikinci yarısına planlaşdırılıb.

Fevral ayının 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb.

BMT-nin qaçqınların işi üzrə Ali komissarı Filippo Qrandi müharibənin başladığı gündən bu yana 5 milyondan çox ukraynalının öz evini tərk etmək məcburiyyətində qaldığını bildirib.
(Reytinq:0)