Son Xəbərlər
Müdrik və humanist Türk diplomatiyası 11:32Azərbaycanın V İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı 11:16O, sürücüyə özünü öldürmək istədiyini deyib... 14:02Şəxsi heyətin döyüş və peşə hazırlığı yoxlanılıb 14:34Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclası çağrılıb 12:4410 il əvvəl törədilmiş cinayətin üstü açıldı 11:59Prezident İlham Əliyev “Yaşma” qovşaq yarımstansiyasının açılışında olub 10:30Ermənistan terrorçuları Naxçıvandakı mövqelərimizi atəşə tutub 13:11Bayram namazları bu tarixdə qılınacaq 12:21QMİ Qurban bayramı ilə bağlı tövsiyyələr verdi 11:53DİM III ixtisas qrupu üzrə qəbul imtahanı keçirir 11:33"Azərbaycan deyəndə" layihəsinin təqdimatı keçirilib - FOTO 10:55Dahi liderin arzuları reallaşdı 10:43Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub 09:30Ağır yaralı qazilərimiz Türkiyəyə göndərilib 11:58

10 il əvvəl törədilmiş cinayətin üstü açıldı
Prokurorluq və polis orqanları tərəfindən əvvəlki illərdə törədilərək bağlı qalmış cinayətlərin açılması istiqamətində işlər davam etdirilir.
Xeberpress.info bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 2012-ci il iyunun 21-də Abşeron rayonunun Saray qəsəbə sakini Bayramov Ceyhun Yunis oğlunun Xəzər dənizinin Sumqayıt şəhəri Novxanı çimərliyinə aid hissəsində dənizdə çimərkən boğulub ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq Qubadlı Rayon Prokurorluğunda ibtidai istintaq aparılıb, istintaqla cinayəti törətmiş şəxs və ya şəxslər müəyyən edilmədiyindən iş üzrə icraat 2014-cü il 19 iyun tarixli qərarla dayandırılıb.
Bağlı qalmış cinayət işlərinin açılması istiqamətində görülən istintaq-əməliyyat tədbirləri ilə 10 il əvvəl törədilmiş cinayətin üstü açılaraq Ceyhun Bayramovun dayısı oğlu Fuad Qasımov tərəfindən qəsdən öldürülməsi müəyyənləşdirilib.
Fuad Qasımov 2022-ci il fevralın 8-də rayon prokurorluğunda dindirilərkən qeyd edilən tarixdə bibisi oğlu Ceyhun Bayramov ilə dənizdə çimərkən onu boğaraq öldürdüyünü etiraf edib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fuad Qasımov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
(Reytinq:0)