Tarix : 10-06-2021, 10:45 | Bölmə: xeberler / iqtisadiyyat |
Gömrük Akademiyasında yeni ixtisas

Gömrük Akademiyasında yeni ixtisas üzrə qəbul həyata keçiriləcək.

Xeberpress.info bildirir ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında 2021/2022-ci tədris ili üçün bakalavriat səviyyəsinə yeni ixtisas - “İnformasiya texnologiyaları” ixtisası üzrə tələbə qəbulu həyata keçiriləcək. I ixtisas qrupu üzrə qəbul aparılacaq ixtisasa 20 yer nəzərdə tutulur. Bununla da, Akademiyada bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı beş olacaq.

Beləliklə, Akademiyada I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları”, II ixtisas qrupu üzrə “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika”, III ixtisas qrupu üzrə isə “Hüquqşünaslıq” ixtisasına qəbul həyata keçiriləcək.

Bununla yanaşı, Akademiyada 2021/2022-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbul “Gömrük işi” və “Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşmaları üzrə həyata keçiriləcək.
(Reytinq:0)