Tarix : 9-06-2021, 09:47 | Bölmə: xeberler / Bolge |
Şərurda zəlzələ baş verib

Şərur rayonunda zəlzələ baş verib.

İyunun 9-da Azərbaycanda zəlzələ olub.

Xeberpress.info-nun məlumatına görə, Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ yerli vaxtla saat 00:40-da Şahbuz stansiyasından 32 km qərbdə Şərur rayonunda qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3 -ə bərabər olub.

Zəlzələ hiss olunmayıb.
(Reytinq:0)