Tarix : 8-06-2021, 12:31 | Bölmə: xeberler / Bolge |
Şirvan İH-də yeni təyinat

Şirvan Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Xeberpress.info İH-nin məlumatına əsasən bildirir ki, bu barədə Şirvan şəhər icra başçısı İlqar Abbasov əmr imzalayıb.

Əmrə əsasən, Aynur Fərzəliyeva İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Daha öncə bu vəzifəni Elmira Ağayeva yerinə yetirib.

O, 2020-ci ildə yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Aynur Fərzəliyeva bundan əvvəl Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsində işləyib.
(Reytinq:0)