Tarix : 7-06-2021, 11:40 | Bölmə: xeberler / Hadise |
Sabirabadda sabiq bələdiyyə sədrinin qanunsuz əməlləri ifşa edilib

Sabirabad rayonunun Minbaşı bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ifşa edilib.

İyunun 6-da şəhər sakini Vahid İmanlının aldığı xəsarətlər nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat verilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Xeberpress.info-nun məlumatına görə, Sumqayıt Şəhər Prokurorluğunun daxil olan məlumatında bildirilib ki, istintaqla İlkin Muxtarovun aralarında yaranmış mübahisə zamanı Vahid İmanlıya zorakılıq tətbiq etməklə sağ gicgah təpə nahiyəsinin yumşaq toxumalarına qansızma və alt çənənin ön səthinin sağ yarısının əzilmiş-cırılmış yarası xəsarətləri yetirməsi və nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsi müəyyənləşdirilib.

İlkin Muxtarov Cinayət Məcəlləsinin həmin maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
(Reytinq:0)