Tarix : 4-06-2021, 13:00 | Bölmə: xeberler / Hadise |
AzTv və Azərtac-ın əməkdaşları minanın qurbanı oldular

Sirac Abışov və Məhərrəm İbrahimov Kəlbəcərdə minaya düşərək həlak oldular.

AzTv və Azərtac-ın əməkdaşları Kəlbəcərdə minaya düşərək həlak oldular.

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Xeberpress.info xəbər verir ki, bu barədə AzTv-dən bildirilib.

"“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!" - deyə məlumatda qeyd olunub.

Allah rəhmət eləsin!
(Reytinq:0)