Tarix : 1-06-2021, 09:57 | Bölmə: xeberler / Hadise |
Düşmənin PUA-sı ələ keçib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA ələ keçirilib.

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus “Qrifon-12” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

Xeberpress.info bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
(Reytinq:0)