Tarix : 15-05-2021, 10:58 | Bölmə: xeberler / Dunya |
Türkiyənin daha bir hərbçisi şəhid olub

Türkiyə ordusunun hərbçisi şəhid olub.

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında “Pençe-Yıldırım” antiterror əməliyyatı aparan birlikləri PKK terrorçularının hücumuna məruz qalıb.

Xeberpress.info Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, terrorçularla atışmada müddətdən artıq xidmətdə olan hərbi qulluqçu Yasin Özdamar şəhid olub. Terror aktını törədən iki PKK mənsubu dəqiq aviazərbə ilə məhv edilib. Mərhum hərbçinin cənazəsinin doğulduğu İspartaya gətirildiyi bildirilir.
(Reytinq:0)