Tarix : 11-05-2021, 12:10 | Bölmə: xeberler / Cemiyyet |
Sabahın HAVASI: 22-27 dərəcə isti olacaq

Ölkə ərazisində mayın 12-nə gözlənilən hava şəraiti açıqlanıb.

Xeberpress.info bildirir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 10-13 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq.

Bakıda gecə 10-12 dərəcə isti, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

Mayın 12-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman. Şərq küləyi 5-10 m/s. Havanın temperaturu gecə 7-12 isti, gündüz 22-27 isti, dağlarda gecə 3-8 isti, gündüz 13-18 dərəcə isti olacaq.

Mayın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
(Reytinq:0)