Tarix : 5-05-2021, 12:22 | Bölmə: xeberler / Dunya |
25 yaşlı qadın birdəfəyə 9 uşaq dünyaya gətirib

Malidən olan 25 yaşlı qadın birdəfəyə doqquz uşaq dünyaya gətirib.

Qərbi Afrika ölkəsi olan Mali sakini bir doğuşda doqquz körpə - beş qız və dörd oğlan uşağı dünyaya gətirib.

Xeberpress.info France-Presse agentliyinə istinadla xəbər verir ki, Malinin Səhiyyə Nazirliyi ana və körpələrin vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Qurumun məlumatına görə, 25 yaşlı Halima Sisse paytaxt Bamako şəhərində iki həftə xəstəxanada yatdıqdan sonra ölkə prezidenti Ba Ndaunun göstərişi ilə Mərakeşdəki klinikalardan birinə yerləşdirilib.

Malinin Səhiyyə naziri Fanta Sibi peşəkarlığı hamiləliyin uğurla başa çatmasına səbəb olan hər iki ölkənin tibb mütəxəssislərini təbrik edib.
(Reytinq:0)