Tarix : 4-05-2021, 10:55 | Bölmə: xeberler / Hadise |
FHN intihara cəhd edən şəxsi xilas etdi

Ötən sutka ərzində 13 yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 13 yanğına çıxış və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Xeberpress.info-nun məlumatına görə, FHN-in mətbuat xidmətindən bildirilir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka intihara cəhd edən 1 nəfər xilas olunub.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
(Reytinq:0)