Tarix : 30-04-2021, 12:38 | Bölmə: xeberler / iqtisadiyyat |
Bank sədri: Valyuta bazarında profisit var

Hazırda valyuta bazarında tam tarazlıq hökm sürür.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il valyuta satışlarını azaldaraq 140 milyon ABŞ dollarına qənaət edib.

Xeberpress.info xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov aprelin 30-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, hazırda valyuta bazarında profisit var və tam tarazlıq hökm sürür.
(Reytinq:0)