Tarix : 30-04-2021, 11:33 | Bölmə: xeberler / siyaset |
Ukrayna Qarabağda ərazilərin bərpasında iştirak edə bilər

Ukrayna şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması prosesində iştirak edə bilər.

Xreberpress.info bildirir ki, bu barədə müsahibəsində Ukrayna Ali Radasının deputatı, parlamentin Maliyyə, vergi və gömrük siyasəti məsələləri komitəsinin üzvü İrina Allahverdiyeva deyib.

Azərbaycan və Ukraynanın birgə layihələrin həyata keçirilməsində yüksək təcrübəyə malik olduqlarını qeyd edən deputat bildirib: “Əgər Ukrayna şirkətləri faydalı olarlarsa, onlar Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasında iştirak edə bilərlər”.

İrina Allahverdiyev hesab edir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına Ukraynanın hər hansısa töhfə verəcəyi mümkündür, çünki xalqlarımız arasında anlaşma problemi yoxdur. Bu gün Ukraynada yaşayan azərbaycanlılar da yerli cəmiyyətə çox yaxşı inteqrasiya olunublar. Onlar Ukraynanın iqtisadi inkişafına da öz töhfələrini verirlər.
(Reytinq:0)