Tarix : 27-04-2021, 11:18 | Bölmə: xeberler / Medeniyyet |
Əməkdar artist Baloğlan Əşrəfov vəfat edib

Əməkdar artist Baloğlan Əşrəfov dünyasını dəyişib.

Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov dünyasını dəyişib.

Xeberpress.info bildirir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

B.Əşrəfov bir müddət əvvəl yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və öz evində müalicə alırdı.

Qeyd edək ki, Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində doğulmuşdu. O, demək olar ki, Azərbaycanın bütün rayonlarında el şənliklərində, həmçinin dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, Almaniya və MDB ölkələrinin böyük şəhərlərində konsert proqramları ilə çıxış edib. 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!
(Reytinq:0)