Tarix : 27-04-2021, 09:33 | Bölmə: xeberler / Dunya |
Heç bir yerdə kütləvi erməni məzarlığı yoxdur

Bir çox yerdə ermənilərin məhv etdiyi türklərin kütləvi məzarlığı olduğu halda, heç bir yerdə erməni kütləvi məzarlığı yoxdur.

ABŞ Prezidenti Bayden bir əsrdən çox əvvəl baş verən ağrılı hadisələr barədə əsassız, ədalətsiz və real olmayan açıqlamalar verdi. Tarixi proseslərin araşdırılması və əsl həqiqətlərin ortaya çıxarılması siyasətçilərə deyil, tarixçilərə tapşırılmalıdır... Ermənistanın Azərbaycana qarşı işğalının dəhşətli nəticələri ortada olduğu halda türkləri soyqırımında ittiham etmək haqsızlıq və ədalətsizlikdir.

Xeberpress.info xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib.

“Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevlə Ermənistanla əldə olunan anlaşmaya dair və son proseslərlə bağlı telefon danışığı apardıq”, - deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, uzun illər həllini tapmayan məlum problemin aradan qaldırılması üçün ən gözəl cavabı Qarabağda birlikdə vermişik. Qarşıdakı günlərdə bu istiqamətdə atacağımız növbəti addımları müəyyən edəcəyik.

Otuz il əvvəl Azərbaycan torpaqlarında törədilənlərin ortada olduğunu diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Problemin həlli üçün ABŞ, Rusiya və Fransanın təmsilçiliyi ilə yaradılan Minsk qrupu heç bir iş görmədi. Bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz yurdundan qaçqın düşdü. Həmin bölgədə bütün varlığı, binaları, tarixi dağıdıb yandırdılar”.

Birinci Dünya müharibəsinin yaratdığı acıları söyləyən Türkiyə Prezidenti bildirib ki, bir çox yerdə ermənilərin məhv etdiyi türklərin kütləvi məzarlığı olduğu halda, heç bir yerdə erməni kütləvi məzarlığı yoxdur.
(Reytinq:0)