Tarix : 26-04-2021, 12:10 | Bölmə: xeberler / Hadise |
Daha bir şəhidimiz torpağa tapşırıldı

Azərbaycanın igid şəhidi dəfn olundu.

Ötən gün şəhidlik zirvəsinə ucalan hərbi qulluçu Xəlilov Hüseyn Rasim oğlu torpağa tapşırıldı.

Şəhid Hüseyn Xəlilovla vida mərasimi keçirilib.

Hüseyn doğulduğu Nardaran qəsəbəsində dəfn olunub.

Xeberpress.info bildirir ki, mərasimdə şəhidin yaxınları və Sabunçu rayon İcra Hakimiyyəti nümayəndələri iştirak etdilər.

Şəhidimiz Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb və komaya düşmüşdü.

Allah rəhmət etsin!
(Reytinq:0)