Tarix : 26-04-2021, 11:22 | Bölmə: xeberler / iqtisadiyyat |
Azərbaycan Pakistanla birbaşa aviaəlaqəni bərpa edəcək

Azərbaycan Pakistanla birbaşa aviaəlaqəni bərpa etməyi planlaşdırır.

Xeberpress.info-nun məlumatına görə, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə deyib.

Onun sözlərinə görə, uçuşlar COVID-19 pandemiyası ilə bağlı vəziyyətin yaxşılaşması təqdirində mümkün olacaq.

Səfir bildirib ki, müntəzəm reyslərin bərpası ölkələrimizin iqtisadi və ticari fəaliyyətinə müsbət təsir göstərəcək.

Qeyd edək ki, hazırda iki ölkə arasında birbaşa reyslər həyata keçirilmir. "Türk Hava Yolları" şirkəti Bakıdan keçməklə İstanbuldan Lahor və İslamabada uçuşlar edir.
(Reytinq:0)