Tarix : 21-04-2021, 12:12 | Bölmə: xeberler / Dunya |
Mehridə etirazçılar "Satqın Nikol"un şəhəri təkr etməsini tələb etdilər

Mehridə etirazçılar Paşinyanın kortejinin qarşısını kəsib.

Ermənistanın cənubundakı Sünik vilayətində baş nazir Nikol Paşinyanın səfəri ilə əlaqədar etiraz aksiyası keçirilir.

Erməni KİV-lərinin məlumatına görə, etirazçılar Mehri şəhərinə gəlmiş N.Paşinyanın kortejinin qarşısını kəsib.

Onlar "Satqın Nikol" kimi şüarlar səsləndirərək, onun şəhəri təkr etməsini tələb edib.

Aksiya zamanı etirazçılarla N.Paşinyanın tərəfdarları arasında iğtişaş da yaşanıb.
(Reytinq:0)