Tarix : 20-04-2021, 15:38 | Bölmə: xeberler / Dunya |
Merkel: Bunu Qarabağdakı hadisələrin nümunəsində gördük

Angela Merkel Qarabağdan danışdı.

Almaniya kansleri Angela Merkel gələcəkdə Qarabağdakı kimi münaqişələrdən qaçmaq üçün beynəlxalq hüquqa əməl olunmasının vacibliyini vurğulayıb.

Xeberpress.info-nun məlumatına görə, A.Merkel bunu Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasına videomüraciəti zamanı deyib.

O bildirib ki, qaydalara əsasən, düzən ən vacib birgə yaşayış prinsipidir:

"Bir dövlətin suverenliyi və ərazi bütövlüyü şübhə altına alınırsa, bu, bizim ümumi dəyərlərimizə ziddir. Biz bunu Dağlıq Qarabağdakı hadisələrin nümunəsində gördük. Avropa Şurası bu məsələdə həlledici rol oynaya bilər".
(Reytinq:0)