Tarix : 26-09-2020, 12:04 | Bölmə: xeberler / Dunya |
Düşmən ölkədə yoluxma artıb

Ermənistanda koronavirusa yoluxanların sayı 49 072 nəfərə çatıb.

Xeberpress.info-nun erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 429 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 1 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 948 nəfər koronavirusdan ölüb, 4 253 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
(Reytinq:0)